Samuxda ailə-kəndli təsərrüfatlarında 2500 hektardan artıq sahədə günəbaxan əkilib
Cari il Samux rayonunda 2 min 557 hektar sahədə günəbaxan əkilib. Bu, ötən illə müqayisədə 842 hektar çoxdur.
Samux Rayon İcra HakimiyyətindənAZƏRTAC-a bildirilib ki, rayon üzrə istehsal olunan günəbaxanın 95 faizi ailə-kəndli təsərrüfatlarında becərilib.
Həmçinin günəbaxan istehsalından əldə edilən mənfəət həmin təsərrüfat sahiblərinin yeni istixanalar qurmasına da şərait yaradıb.