• şənbə, 20 Aprel, 05:35
  • Baku Bakı 15°C

Samtsxe-Cavaxetiya qubernatoru: “Azərbaycan bizə dostluq əlini uzatdı”

21.08.17 19:19 1040
Samtsxe-Cavaxetiya qubernatoru: “Azərbaycan bizə dostluq əlini uzatdı”
"Azərbaycan bizə dostluq əlini uzadaraq xüsusi avadanlıqla təchiz olunmuş helikopter göndərib”.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bunu Samtsxe-Cavaxetiya regionunun qubernatoru Akaki Maçutadze deyib. "Azərbaycanlı pilotlar sabah səhər saatlarından Daba kəndi yaxınlığındakı yanğının söndürülməsinə cəlb olunacaq”, - deyə o, söyləyib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasənFövqəladə Hallar NazirliyiGürcüstanın Borjomi-Xaraqul qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu ölkəyə helikopter göndərib.
banner

Oxşar Xəbərlər