• şənbə, 20 Aprel, 00:32
  • Baku Bakı 15°C

Samir Şərifov büdcə qaydasına qayıtmağı vacib sayır

23.12.20 12:15 399
Samir Şərifov büdcə qaydasına qayıtmağı vacib sayır
"Cari ildə biz büdcə qaydasının dayandırılması barədə qərar qəbul etmişdik. Lakin büdcə qaydasına qayıtmaq vacib məsələdir. Bununla əlaqədar müvafiq təkliflər təqdim olunacaq”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, 2020-ci il iqtisadi baxımdan xüsusi il olub: "Cari ilin sonuna qeyri-neft baza kəsirinin nisbəti artıb. 2021-ci ildə biz qeyri-neft baza kəsirinin yenə də azalmasına nail olmalıyıq. Söhbət 2 faiz azalmadan gedir. Buna nail olacağıq. 2021-ci ilin dövlət büdcəsi layihəsi növbəti illərdə qarşımızda duran məsələlərin icrasını təmin edəcək”.

banner

Oxşar Xəbərlər