• cümə axşamı, 28 mart, 19:27
  • Baku Bakı 13°C

Şamaxıda VII Açıq Respublika turniri keçiriləcək

03.10.19 15:45 626
Şamaxıda VII Açıq Respublika turniri keçiriləcək
Oktyabrın 5-6-da Şamaxıda Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə VII Açıq Respublika turniri keçiriləcək.
Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunacaq ənənəvi yarışda 2003-2004-cü il təvəllüdlü yeniyetmə pəhləvanlar mübarizə aparacaq.
Bütün bölgələrdən və idman cəmiyyətlərindən güləşçilərin qatılacağı turnirdə Rusiya, Gürcüstan, İran, Qazaxıstan, Ukrayna və Qırğızıstandan olan komandalar da iştirak edəcək. Böyük marağın olduğu yarışda 300-dən artıq yeniyetmə pəhləvan çıxış edəcək.
banner

Oxşar Xəbərlər