• cümə, 29 Mart, 05:28
  • Baku Bakı 7°C

Şamaxıda Oleq Krapivinin adını daşıyan “Şirvan” güləş klubunun açılış olub

30.09.17 09:15 1407
Şamaxıda Oleq Krapivinin adını daşıyan “Şirvan” güləş klubunun açılış olub
Sentyabrın 29-da Şamaxıda Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin adını daşıyan "Şirvan” güləş klubunun açılış mərasimi keçirilib. Klubun açılış mərasimi O.Krapivinin şərəfinə Şamaxıda təşkil olunan V açıq respublika turniri çərçivəsində baş tutub.
AZƏRTACxəbər verir ki, açılış mərasiminin iştirakçıları Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək Şamaxı şəhərindəki abidəsi önünə gül dəstəsi qoyublar.
Tədbirdə Azərbaycan, Ukrayna və Qırğızıstanın Güləş federasiyalarının rəsmiləri, idmançılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev, deputat Kamran Nəbizadə, Ukrayna Güləş Federasiyasının prezidenti Elbrus Tedeyev çıxış edərək dünya çempionu Oleq Krapivinin adını daşıyan "Şirvan” güləş klubunun istifadəyə verilməsinin ölkəmizdə idmanın inkişafının daha bir göstəricisi olduğunu vurğulayıblar. Tədbirdə bu il yaradılmasının 25 illiyinin yüksək səviyyədə qeyd olunduğu Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, dövlətimizin başçısı İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğıdan ətraflı bəhs olunub. Bildirilib ki, məhz bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
Əminliklə bildirilib ki, yeni idman klubunda gələcəyin çempionları və sağlam gənclər yetişəcək.
Veteran güləşçi Oleq Krapivin çıxış edərək onun fəaliyyətinə verilən yüksək qiymətə və ehtirama görə dərin minnətdarlığını bildirib.
Çıxışlardan sonra mərasim iştirakçıları "Şirvan” idman klubunda yaradılan şəraitlə tanış olublar.
banner

Oxşar Xəbərlər