AZE | RUS | ENG |

Şamaxıda doqquz ayda diri çəkidə 3705 ton ət istehsal olunub

Şamaxıda doqquz ayda diri çəkidə 3705 ton ət istehsal olunub
Şamaxı heyvandarları doqquz ayı yaxşı göstəricilərlə başa vurublar.

Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, heyvandarlıq məhsulları istehsalı üzrə bütün göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Belə ki, doqquz ayda rayonda diri çəkidə 3705 ton ət istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq göstəricisindən 46 ton çoxdur. Habelə, süd istehsalı 147 ton artaraq 16 min 686 tona, yumurta 8000 ədəd artaraq 9 milyon 903 min ədədə çatıb. Bölgədə yun istehsalı da 1,9 ton artıb və 380,7 ton olub.

Şamaxıda heyvandarlıq əksər ərazi vahidlərində, xüsusən Quşçu, Göylər, Çaylı və bir sıra digər yerlərdə sürətlə inkişaf edir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6900
GBP 1 İngilis funt sterlinqi 2.3644
TRY 1 Türk lirəsi 0.4475
KWD 1 Küveyt dinarı 5.6666
SEK 1 İsveç kronu 0.2090
EUR 1 Avro 2.0865
CHF 1 İsveçrə frankı 1.8097
USD 1 ABŞ dolları 1.7001