AZE | RUS | ENG |


Şamaxıda avtomobil qəzasında xəsarət alanların adları məlum olub, onlardan biri xəstəxanada ölüb

Şamaxıda avtomobil qəzasında xəsarət alanların adları məlum olub, onlardan biri xəstəxanada ölüb
Şamaxı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 8 nəfərin adı məlum olub. Onlardan biri xəstəxanada dünyasını dəyişib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə saat 22:30 radələrində Şamaxı-Pirqulu avtomobil yolunun Nağaraxana kəndi ərazisindən keçən hissəsində Şamaxı sakininə məxsus "VAZ 2106” markalı minik avtomobili yoldan çıxaraq 70 metr dərinliyi olan dərəyə aşıb.
       
Hadisə zamanı avtomobildə olan 8 nəfər-2003-cü il təvəllüdlü Fərhadov Əli Qubad oğlu, 2002-ci il təvəllüdlü İsgəndərov Tərlan Elman oğlu, 1994-cü il təvəllüdlü Babakişiyev Zövqani Əmralı oğlu, 1988-ci il təvəllüdlü Cəbiyev Səxavət Cəmaləddin oğlu, 2002-ci il təvəllüdlü Hacıyev Rüfət Rövşən oğlu, 1995-ci il təvəllüdlü Hüseynov Muxtar Hüseyn oğlu, 1997-ci il təvəllüdlü Sadiqov İqrar Məmmədəli oğlu, 1991-ci il təvəllüdlü Kərimov Xətai Elton oğlu ağır bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dörd nəfərin vəziyyəti daha ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdirilib. Şamaxı sakini, 1988-ci il təvəllüdlü Cəbiyev Səxavət Cəmaləddin oğlu həkimlərin tibbi yardım göstərməsinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
 
Məlumata görə, xəsarət alanların hamısı Şamaxı şəhərində restoranların birində ofisiant işləyirlər. Hadisə onların toy mərasimindən çıxaraq evə gedərkən baş verib. Sürücünün toyda spirtli içki qəbul etdiyi bildirilir.
 
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6373
GBP 1 İngilis funt sterlinqi 2.2678
TRY 1 Türk lirəsi 0.4429
KWD 1 Küveyt dinarı 5.6260
SEK 1 İsveç kronu 0.1996
EUR 1 Avro 2.0012
CHF 1 İsveçrə frankı 1.7140
USD 1 ABŞ dolları 1.7000