• çərşənbə, 24 Aprel, 06:51
  • Baku Bakı 13°C

Şam yeməyi zamanı etiraf edib ki...

11.05.20 14:30 682
Şam yeməyi zamanı etiraf edib ki...
Neymar və Kilian Mbappe yaxın zamanlarda PSJ-ni tərk etməyəcək.
Kaspi.az xəbər verir ki, bu barədə PSJ-nin futbolçusu Ander Erreyra məlumat verib. O, Neymarla söhbətinin məğzini mətbuata açıqlayıb:
"Mbappe və Neymar PSJ-nin futbolçularıdır. Onlar kluba sadiqdirlər. Karantindən əvvəl Neymarla şam yeməyində oldum.
PSJ-nin layihəsi onu heyrətləndirir. Etiraf etdi ki, Parisdə özünü heç vaxt indiki kimi xoşbəxt hiss etməyib.
PSJ-nin layihəsi elədir ki, onların hər ikisi – Neymar da, Mbappe də Parisdə özünü rahat hiss edir”.
Həm Neymarın, həm də Mbappenin müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər