• çərşənbə, 24 Aprel, 00:05
  • Baku Bakı 14°C

Salyanda qadın sirkə turşusu içərək intihara cəhd edib

16.01.17 10:45 908
Salyanda qadın sirkə turşusu içərək intihara cəhd edib
Salyan rayonunda intihara cəhd hadisəsi baş verib.
"Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Yenikənddə qeydə alınıb.
Kənd sakini, 34 yaşlı Sitarə Mahmud qızı Rzayeva sirkə turşusu içərək özünə qəsd etmək istəyib. Bundan xəbər tutan doğmaları onu dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra o, Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.
banner

Oxşar Xəbərlər