• cümə axşamı, 25 aprel, 03:09
  • Baku Bakı 19°C

Salyanda iki modul tipli məktəb binası quraşdırılır

20.08.17 09:20 960
Salyanda iki modul tipli məktəb binası quraşdırılır
Təhsil Nazirliyi tərəfindən Salyanın Xocalı və Cəngan kənd ibtidai məktəbləri üçün modul tipli yeni binalar quraşdırılır.
Rayon Təhsil ŞöbəsindənAZƏRTAC-a bildiriblər ki, məktəb binalarının hər biri 20 şagird yerlikdir. Nazirliyin təsərrüfat hesablı tikinti idarəsi tərəfindən quraşdırılan məktəb binalarında artıq işlərin 50 faizi görülüb. Təhsil müəssisələrində şagirdlərin normal bilik qazanmaları üçün hər cür şərait yaradılacaq. Məktəb binalarının tikintisi növbəti tədris ilinədək başa çatdırılacaq.
banner

Oxşar Xəbərlər