• çərşənbə axşamı, 23 aprel, 22:35
  • Baku Bakı 20°C

Salyanda 38 əl qumbarası, 47 partladıcı, Göygöldə mərmi tapılıb

27.04.17 19:22 1779
Salyanda 38 əl qumbarası, 47 partladıcı, Göygöldə mərmi tapılıb
Göygöl rayonunda top mərmisi aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli AgentlikdənAPA-ya verilən məlumata görə, Göygöl rayonunun Aşağı Zurnabad kəndi ərazisində su arxının kənarına baxış keçirilib, 1 ədəd 120 mm-lik 3OF-49 modelli top/minaatan mərmisi (NONA) aşkar olunub.

Daşınması mümkün olmadığına görə mərmi yerində zərərsizləşdirilib.

Əməliyyat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzi və DİN-in "102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları əsasında keçirilib.


***

saat 18.04

Salyan rayonunda partlamamış hərbi sursatlar aşkarlanıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli AgentlikdənAPA-ya verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin anbarına baxış keçirilib, təlim məqsədli 38 ədəd RQD-5 əl qumbarası və 47 ədəd UZRQM partladıcısı aşkar olunaraq zərərsizləşdirilməsi üçün götürülüb.

Əməliyyat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatı əsasında keçirilib.
banner

Oxşar Xəbərlər