• cümə axşamı, 28 mart, 18:42
  • Baku Bakı 13°C

Sağlam yuxu bel ölçüsünü incəldir

13.08.17 09:15 1258
Sağlam yuxu bel ölçüsünü incəldir
İngiltərənin Lids Universitetinin alimlərinin yeni araşdırmasına görə, gün ərzində az yatan insanlar artıq çəkidən və piylənmədən əziyyət çəkir və onların metabolik sağlamlıqları zəifdir.
AZƏRTACsciencedaily.com saytına istinadla xəbər verir ki, gün ərzində ortalama doqquz saat yatan insanların bel ölçüsü altı saat yatanlardan 3 santimetr incədir. Az yatmaq diabet kimi metabolik xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Tədqiqat üçün 1615 şəxsdən nə qədər yatdıqları və qida qəbulu haqqında məlumat toplanılıb. İştirakçılardan qan nümunələri alınıb, onların çəkisi, bel çevrəsi və qan təzyiqi ölçülüb. Elm adamları insanların nə qədər yatdıqları ilə əsas bioloji parametrlərin əlaqəsini öyrəniblər. Universitetin tədqiqatçılarından biri Qreq Potter bildirib ki, piylənmə 1980-ci ildən etibarən iki dəfə artıb. O, həmçinin piylənmənin, xüsusilə ikinci tip şəkərli diabet kimi bir çox xəstəliklərin meydana gəlməsinə səbəb olduğunu qeyd edib.
Az yatmaq iştirakçıların qanında HDL (yaxşı) xolesterinin azalması ilə bağlıdır. Tədqiqatın maraqlı tərəfi odur ki, yetərincə yatmamaq ilə daha az sağlam pəhriz arasında heç bir əlaqə tapılmayıb.
Alimlər aparılan tədqiqatın nəticəsində az yatan şəxslərin artıqçəkili olduğunu və piylənmə ilə üzləşdiyini söyləyib və gün ərzində 7-9 saat yatmağın vacibliyini vurğulayıblar.
Nəticələr, həmçinin "PLOS One” dərgisində yayımlanıb.
banner

Oxşar Xəbərlər