“Sağlam Azərbaycan Festival”ı Dövlət Bayraq Meydanın yanında keçiriləcək
Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliyi və
Bulvar İdarəsinin birgə dəstəyi ilə ölkədə
ilk dəfə baş tutacaq "Sağlam Azərbaycan
Festivalı” Dövlət Bayraq Meydanı və Su İdman Sarayı arasında
yerləşən ərazidə keçiriləcək. Bu barədə Sağlam Azərbaycan Festivalının
təşkilatçısı Nigar Məmmədova bu gün keçirdiyi mətbuat konfransında açıqlama
verib. Bildirib ki, Festivalın açılış mərasimi üçün bu ərazinin seçilməsi
təsadüfi deyil:
"Biz qərara gəldik ki, ölkədə ilk dəfə keçiriləcək
"Sağlam Azərbaycan Festivalı” daha çox insana açıq olsun. Buna görə də Dövlət
Bayraq Meydanı və Su İdman Srayı arasında yerləşən ərazi seçildi ki, bu ərazi ölkəmizi
gəzməyə gələn qonaqlara, turistlərə daha yaxşı tanışdır. Festivaldamüxtəlif
mədəniyyətlərin təbliği ilə yanaşı, idman və turizm sahələri, sağlam həyat
tərzinə çağıran vegan mədəniyyəti də təqdim olunacaq. Məqsədimizyerli əhali
və turistlətəsağlam həyat tərzini aşılamaqdır.Festival iştirakçıları
təqdim olunan bütün xidmətlərdən ödənişsiz istifadə edə biləcəklər.”
Mətbuat konfransında "Sağlam Azərbaycan Fsetivalı”nında proqramı da
açıqlanıb. Bildirilib ki, məhz bu festival üçün Azərbaycana
Ukraynadan aşpaz Konstantin Stolyarov dəvət olunub. O, festival iştirakçıları
üçün dadlı vegeterian yeməkləri bişirib təqdim edəcək. Əcnəbi şirniyyatçı
qizlar da festivala öz təamları ilə rəng qatacaq.
Festival çərçivəsində böyüklər
üçün VEGAN yeməklərin master-klassları ilə yanaşı ana və uşaq üçün
özünü müdafiə dərsləri, "Happy starts”,
gimnastika şousu və dərsləri, hər növ yoqa, mantra oxunulması, masaj, voleybol,
şahmat yarışları, xına çəkmək üzrə master klass, kişilər üçün mini futbol 4x4, mini qolf, armrestling (qol güləşi) , kapoeyra (capoeira), Boçça paralimpiya yarışması, açıq kinoteatr, Street
Art, Street boll və "Lektoriy” maarifləndirici
mühazirələr təşkil olunacaq. Bu mühazirələr müxtəlif sahələrdə çalışan
insanlara biliklərini artırmaq və opponentləri ilə müzakirə etmək imkanı
yaradacaq.
Festivalda böyüklərlə yanaşı balacalar üçün də zəngin və əyləncəli proqram
nəzərdə tutulub.Balacalar
üçün rəqs, yoqa, kapoeyra (capoeira) dərsləri, Face art və karikatura master klassları,
maarifləndirici oyunlar keçiriləcək. Uşaqları şar
bağlayan və sehrbazla yanaşı animatorlar əyləndirəcək.
"Sağlam Azərbaycan Festivalı”nın maraqlı məqamlarından biri də
insanlar üçün təşkil olunan pulsuz həkim müayinələridir. Belə ki, festivala
qatılanlar müxtəlif sahələrdə ixtisaslaşmış həkimlər tərəfindən müayinə edilərək,
məsləhət almaq imkanı qazanacaqlar.
Dövlət Bayraq Meydanının və Su İdman Sarayı arasında yerləşən ərazində gerçəkləşəcək Sağlam Azərbaycan Festivalının
açılış mərasimi 25 avqust saat 11:00-da
baş tutacaq. 3 gün davam edəcək
(25,26,27avqust) festivala giriş pulsuzdur.