• cümə axşamı, 25 aprel, 19:41
  • Baku Bakı 21°C

Salahın maskasında qarət

21.05.20 15:30 800
Salahın maskasında qarət
Misirdə mağazanı qarət etmək istəyən 4 nəfər saxlanılıb.
Kaspi.az xəbər verir ki, bu qarəti diqqət mərkəzinə gətirən, "Liverpul”un futbolçusu Məhəmməd Salahdır. Salahın populyarlığı vətənində o qədər yüksəkdir ki, bundan cinayətkarlar da yararlanırlar.
Qarətçilər mağazaya daxil olarkən, onların üzündə Məhəmməd Salahın maskası olub. Onlar mağazaya daxil olmağı bacarıblar. Amma qarəti başa çatdırıb qaçmaq istəyərkən, polislər tərəfindən həbs ediliblər.
banner

Oxşar Xəbərlər