• cümə axşamı, 28 mart, 16:11
  • Baku Bakı 16°C

Şair-publisist Əjdər Ol oxucuları ilə görüşüb

17.12.17 19:45 2713
Şair-publisist Əjdər Ol oxucuları ilə görüşüb
"Azərkitab” Kitab Təbliğatı Mərkəzinin təşəbbüsü ilə şair, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əjdər Olun (Cəbiyev) oxucularla görüşü təşkil olunub.
MərkəzdənAZƏRTAC-a bildiriblər ki, "Azərkitab” Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Sabir Həsənov tədbirdə çıxış edərək belə tədbirlərin keçirilməsinin gənclərimizin maariflənməsi, onların kitaba, mütaliəyə marağının artırılması məqsədi daşıdığını vurğulayıb.
Sabir Həsənov şairin yaradıcılığındakı nailiyyətlərindən danışıb, onun əsərlərinin müasir dövrümüzün tələbləri səviyyəsində olduğunu bildirib.
Sonra Əjdər Ol öz yaradıcılığı haqqında çıxış edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.
Şair-publisist gənclərin həyatda qarşılarına qoyduqları məqsədə çatmaq üçün mütaliənin rolunu xüsusi qeyd edib.
Sonda belə layihələr davamlı olacağı diqqətə çatdırılıb.
banner

Oxşar Xəbərlər