Şahin Mustafayev Baş Nazirin müavini təyin edilib
Prezident İlham Əliyev Şahin Mustafayevin Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilsin.Dövlət başçısının digər sərəncamı ilə Şahin Mustafayev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin olunub.