• cümə, 26 Aprel, 01:50
  • Baku Bakı 16°C

Sahil və Şıx çimərliklərində çirklənmə normadan artıqdır

18.07.13 14:12 1486
Sahil və Şıx çimərliklərində çirklənmə normadan artıqdır
“May ayından etibarən dəniz suyunun laborator müayinələrinə başlanılıb. Dəniz suyunun temperaturunun hərarəti 18 dərəcədən yuxarı qalxdıqda orada bağırsaq çöplərinin inkişafı başlayır. Həmin andan etibarən də laborator müayinələr tədqiq olunur, dəniz suyunun toksikoloji, radioloji, kimyəvi və bakterioloji müayinəsi keçirilir”.
APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyyəddin Kazımov "Ölkədə mövcud sanitar vəziyyəti və görülən tədbirlər" mövzusunda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, aparılan monitorinqlər nəticəsində Sahil və Şıx çimərliklərində dəniz suyunun bağırsaq çöpləri ilə çirklənməsinin normada artıq olduğu müəyyənləşib. Z. Kazımov qeyd edib ki, əgər norma bir litr su üçün 44 mindirsə, burada 110 min, 200 minə qədər bağırsaq çöpləri ilə çirklənmə var: “Yəni birbaşa fekal çirklənmədir. Bununla əlaqədar qəbul edilən qərarın icrası müvafiq icraedici orqanlar olan Daxili İşlər Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları və mənzil-kommunal təsərrüfatı departamentinə yönəldilib”.
banner

Oxşar Xəbərlər