AZE | RUS | ENG |


Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddəti artırılır

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddəti artırılır
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun tətbiqindən sonrakı 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində cəmi 96, o cümlədən 2017-ci ilin ilk yarısında 26 yoxlama aparılıb.
 
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair strateji yol xəritəsinin yanvar-iyun ayları ərzində icra vəziyyətinə dair monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.
 
Sənəddə deyilir ki, yoxlamaların dayandırılmasından əvvəlki 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində keçirilmiş yoxlamaların sayı 100 mindən çox olub.

"Azərbaycan prezidenti tərəfindən verilən tapşırıqlara uyğun olaraq, ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsi, o cümlədən biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə sahibkarlarla mütəmadi olaraq keçirilən görüşlər zamanı onlara ətraflı məlumatlar verilib və həyata keçirilən islahatlar, o cümlədən yoxlamaların 2 il müddətinə dayandırılması onlar tərəfindən yüksək qiymətləndirilib. Göstərilənləri nəzərə alaraq, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının növbəti müddətə artırılması məqsədilə qanunvericilik aktlarının layihələri hazırlanıb. Həmin layihələrin yaxın günlərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim olunması nəzərdə tutulur", - deyə hesabatda vurğulanıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6825
GBP 1 İngilis funt sterlinqi 2.3031
TRY 1 Türk lirəsi 0.4858
KWD 1 Küveyt dinarı 5.6421
SEK 1 İsveç kronu 0.2129
EUR 1 Avro 2.0296
CHF 1 İsveçrə frankı 1.7526
USD 1 ABŞ dolları 1.7008