• şənbə, 20 Aprel, 05:35
  • Baku Bakı 15°C

Sahibkarlar prezident seçkilərində kimin namizədliyini dəstəkləyəcəklər?

18.06.13 10:49 1744
Sahibkarlar prezident seçkilərində kimin namizədliyini dəstəkləyəcəklər?
Azərbaycan sahibkarları qarşıdan gələn prezident seçkilərində Azərbaycanın hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.
«APA-Economics»in məlumatına görə, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) bu gün keçirilən qurultayında Konfederasiyanın prezidenti Məmməd Musayev seçkilərdə İlham Əliyevin namizədliyinin birmənalı dəstəklənməsini və bu barədə qurultay adından ölkə prezidentinin ünvanına bəyannamə qəbul edilməsi təklifi ilə çıxış edib.
Bununla bağlı qurultayın gedişi ərzində dövlət başçısına ünvanlanan bəyannamə qəbul ediləcək.
banner

Oxşar Xəbərlər