• cümə, 19 Aprel, 13:50
  • Baku Bakı 25°C

Sahibkarlar Münhendə keçirilən "Drinktec 2017" sərgisinə dəvət olunurlar

21.03.17 12:23 696
Sahibkarlar Münhendə keçirilən "Drinktec 2017" sərgisinə dəvət olunurlar
Sahibkarlar sentyabrın 11-dən 15-dək Almaniyanın Münhen şəhərində içki və maye qida sənayesi üzrə dünyanın aparıcı ticarət sərgisi olan "Drinktec 2017" sərgisində iştiraka dəvət olunurlar.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO)AZƏRTAC-a bildiriblər ki, dörd ildən bir keçirilən "Drinctec 2017" sərgisi dünya miqyasında bir nömrəli platforma sayılır. Tədbirdə istehsalçılar istehsal üçün son texnologiyaları, bütün növ içkilərin doldurulması və qablaşdırılması – xammal və logistika həlləri daxil olmaqla məhsul və xidmətlərini nümayiş etdirir.
Maraqlananlar daha ətraflı məlumat almaq üçün Alman-Azərbaycan Xarici Ticarət Palatasına müraciət edə bilərlər.
banner

Oxşar Xəbərlər