• cümə, 29 Mart, 15:30
  • Baku Bakı 14°C

Sahibkarlar Belarusda keçiriləcək XIV Qomel İqtisadi Forumuna dəvət olunurlar

13.04.17 09:50 791
Sahibkarlar Belarusda keçiriləcək XIV Qomel İqtisadi Forumuna dəvət olunurlar
Azərbaycan sahibkarları və iş adamları mayın 19-da Belarus Respublikasının Qomel şəhərində keçiriləcək XIV Qomel İqtisadi Forumuna dəvət olunurlar.
Bu barədəAZƏRTAC-a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat veriblər.
Tədbirdə Belarusun və bir çox ölkələrin işgüzar dairələrinin və dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər. Forumla yanaşı, mayın 18-21-də "Qomel baharı" XVIII Beynəlxalq Yarmarkası keçiriləcək. Yarmarka potensial tərəfdaşlar taparaq qarşılıqlı faydalı müqavilələrin bağlanması və işgüzar əlaqələrin genişləndirilməsi üçün effektiv platformadır.
banner

Oxşar Xəbərlər