AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sahibkar Milli Qəhrəmanlar bəzi vergilərdən azad olunacaq

Sahibkar Milli Qəhrəmanlar bəzi vergilərdən azad olunacaq

İqtisadiyyat
09 Aprel 2013, 13:56 1580
Azərbaycanda sahibkarlıqla məşğul olan Milli Qəhrəmanların və ya onların ailə üzvlərinin bir sıra vergi mükəlləfiyyətlərindən azad olunması gözlənilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı yeni hazırlanan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Milli Qəhrəmanlar haqqında” qanunlarda müddəalar nəzərdə tutulub.

Qeyd olunan şəxslərin hansı vergi mükəlləfiyyətlərindən azad olunması ilə bağlı verilən təkliflər üzərində hazırda işlənilir. Sənəddə sahibkar Milli Qəhrəmanlara və ya onların sahibkarlıqla məşğul olan ailə üzvlərinə digər güzəştlər də nəzərdə tutulub. Burda sərmayə yatırımından tutmuş bank əməliyyatlarınadək güzəştlər yer alıb.

Hər iki qanun layihəsinin bu ilin sonuna kimi Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.