• cümə, 29 Mart, 13:58
  • Baku Bakı 14°C

“Şahdağın hədiyyəsi” razılıqla qarşılandı

21.08.16 11:08 1639
“Şahdağın hədiyyəsi” razılıqla qarşılandı
Avqustun 20-də Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ” Turizm Mərkəzində "Şahdağın hədiyyəsi” adlı xüsusi əyləncəli konsert proqramı təşkil edilib. Belə ki, mərkəzə üz tutanlar simvolik olaraq 5 manat ödəməklə çoxsaylı xidmətlərdən yararlanmaq imkanı qazanıblar. Siyahıya ziplayn, trotinnet, dağ velosipedi, bob kart, seqvey kimi yay əyləncələri daxil idi. Qeyd edək ki, ailəvi istirahət etmək istəyənlər də unudulmamışdı və həm böyüklərin, həm də uşaqların zövqünü oxşayan proqramlar nümayiş olunurdu. Azyaşlı qonaqlar üçün xüsusi şou-proqram, böyüklər üçün isə açıq havada DJ-şou təşkil olunmuşdu. Qeyd edək ki, keçən ilin avqust ayında təşkil olunan eyniadlı tədbir qonaqların xeyli marağına və məmnunluğuna səbəb olduğundan "Şahdağın hədiyyəsi” adlı bu cür "açıq qapılar” gününün ənənəvi şəkildə hər il keçirilməsi nəzərdə tutulur. Mərkəzə getmək istəyənlər qabaqcadan qeydiyyatdan keçdikdə tədbirə komfortlu avtobusla aparılırlar. Məlumat üçün bildirək ki, "Şahdağ” Turizm Mərkəzində yay mövsümü iyun ayından sentyabr ayına kimi davam edir.



banner

Oxşar Xəbərlər