• şənbə, 20 Aprel, 14:44
  • Baku Bakı 23°C

Şah Matda “İstehkam” olacaq

24.02.20 16:27 3007
Şah Matda “İstehkam” olacaq
Şah Mat Teatrı "İstehkam” tamaşasını təqdim edəcək.
Kaspi.az xəbər verir ki, fevralın 27-də Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində görkəmli yapon dramaturqu Kobo Abenin "İstehkam” əsəri əsasında hazırlanan eyni adlı tamaşanı tamaşaçılara təqdim edəcək.
Səhnə əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə nümayiş etdiriləcək.
Xalq yazıçısı Elçinin tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ümid Abbas, quruluşçu rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Aişə Həsənovadır.
Psixoloji-dram janrında hazırlanan tamaşada aktyorlar Mir Qabil Əkbərov, Azər Ayazoğlu, Əminə Cəfərova, Anar Bulud və Günel Abbas çıxış edir.
1 saat 15 dəqiqəlik tamaşa keçmiş silah zavodunun müdiri, psixoloji problemləri olan bir qocanın isteriya nəticəsində yaddaşını ara-sıra itirməsindən bəhs edir. Bunun səbəbini axtaran oğlu cavabsız suallarla baş-başa qalır. Tamaşa hər kəsin öz istehkamında müdafiə olunmağına baxmayaraq, hamının günahkar olduğundan bəhs edir.
banner

Oxşar Xəbərlər