• cümə axşamı, 28 mart, 21:08
  • Baku Bakı 13°C

Şagirdləri inkişaf etdirərək “istehsalçıya” çevirən layihə - Örnək

17.04.20 15:15 3629
Şagirdləri inkişaf etdirərək “istehsalçıya” çevirən layihə - Örnək
Təranə İbrahimli: "Şagirdlərdə müsbət nəticə əldə etmək istəyiriksə, qadağa tətbiq etməklə yox, buna, maraq oyatmaqla nail ola bilərik”
Sənətini sevir və öyrətməkdən zövq alır. Deyir ki, müasir dövrün şagirdlərində müsbət nəticə əldə etmək istəyiriksə, onlarda dərsə maraq oyatmağı bacarmalıyıq: "Müəllimin vəzifəsi dərsi ona sevdirməkdir, məcbur etmək deyil. Biz şagirdlərdə müsbət nəticə əldə etmək istəyiriksə, qadağa tətbiq etməklə yox, maraq oyatmaqla buna nail ola bilərik”.

"Örnək” rubrikamızda STEAM Azərbaycan layihəsinin əməkdaşı, Türkiyədə və İsraildə təlim keçən STEAM mütəxəssisi, müəllim Təranə İbrahimli ilə söhbətləşdik. Hansı ki, bundan bir neçə gün öncə məhz həmin layihə çərçivəsində üz sipərlərinin istehsalına başlanıb. Bəs görək "STEAM Azərbaycan” nədir və şagirdlərə nə verir?

Müsahibimiz Sumqayıt şəhərində doğulub, hazırda da orada yaşayır. 2002-ci ildən Sumqayıt şəhərində Milli Qəhrəman Mətləb Quliyev adına 3 saylı orta məktəbdə biologiya müəllimi kimi çalışır. Hətta səmərəli fəaliyyətinə görə, Sumqayıt şəhər İcra Hakimiyyətin başçısı Zakir Fərəcov tərəfindən fəxri fərmanla təltif olunub.

Gənc müəllim dərs deməklə kifayətlənməyib, daim öz üzərində işləyib və proqramlaşdırmanı öyrənib: "Müəllim daim oxumalı və öz üzərində işləməlidir. Məhz bu fikri əsas tutaraq, mən bir çox seminarlarda və kurslarda iştirak edib müxtəlif sertifikatlar almışam. 2019-cu ildə isə "STEAM Azərbaycan” layihəsinin başlanğıcı olaraq Təhsil Nazirliyinin və Təhsil İnstitutunun təşkil etdiyi seçim müsabiqəsində iştirak etdim. 50 nəfərlik müəllim heyəti ilə birgə, biz, İsraildə keçirilən STEAM və Robotiks üzrə təlimlərə qatıldıq. İsraildəki təlimlərin fəaliyyətimə böyük təsiri oldu. Biz STEAM və onun təhsil sistemində istifadə edilməsinin faydasını, Robotiks və müxtəlif proqramlaşdırma dilləri barədə ətraflı məlumat əldə etdik”.


banner

Oxşar Xəbərlər