• çərşənbə axşamı, 16 aprel, 09:38
  • Baku Bakı 14°C

Şagirdləri buraxılış imtahanlarından azad edən 45 xəstəlik

15.05.13 14:38 1805
Şagirdləri buraxılış imtahanlarından azad edən 45 xəstəlik
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, siyahıya əsasən, 45 növ xəstəlik müəyyənləşib. Səhhətində bu siyahıda qeyd edilən çatışmazlıqlar olduğu üçün mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanında iştirakı mümkünsüz olan şagirdlər müvafiq tibbi arayışları (epikriz) 20 may tarixinədək təhsil müəssisələrinə təqdim etməlidirlər.
Bu sənədlər Təhsil şöbələri tərəfindən 25 may tarixinədək TQDK-ya və ya Komissiyanın regional bölmələrinə təqdim olunmalıdır. Belə şagirdlər üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən fərdi buraxılış imtahanları təşkil ediləcək. Xüsusi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün buraxılış imtahanı TQDK tərəfindən elə həmin təhsil müəssisələrində təşkil ediləcək.
Qeyd edək ki, şagirdlərin buraxılış imtahanlarında iştirakını məhdudlaşdıran xəstəliklərin siyahısı TQDK-nın internet saytında yerləşdirilib.
banner

Oxşar Xəbərlər