• şənbə, 20 Aprel, 03:27
  • Baku Bakı 15°C

Şadlıq sarayından pul apardılar - Oğurluq

08.07.14 09:49 1158
Şadlıq sarayından pul apardılar - Oğurluq
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Binəqədi şosesində yerləşən şadlıq saraylarının birinin inzibatçısı, Bakı şəhər sakini Nurlan Məmmədovun otağından, seyfi sındırmaqla 6 min manat oğurlanıb.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü Elnur İsmayılov və Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü Hikmət Atamoğlanov tutulub, onlardan oğurladıqları pulun 1500 manatı maddi sübut kimi götürülüb./apa/
banner

Oxşar Xəbərlər