• çərşənbə axşamı, 23 aprel, 19:13
  • Baku Bakı 20°C

Şadlıq evləri ilə bağlı qorxulu açıqlama

30.01.14 15:37 1400
Şadlıq evləri ilə bağlı qorxulu açıqlama
Sanitar-Epidemioloji qaydaları pozan müəssisə rəhbərləri cəzalandırılıb.
Anspress-in Səhiyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təkcə 2013-cü ilin dekabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 37 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. 3 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib və 15 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 922, mikrobioloji göstəricilərinə görə 873, toksikoloji göstəricilərinə görə 343, radioloji göstəricilərinə görə 32 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 18-də orqanoleptik və fiziki-kimyəvi, 14-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.
Şadlıq evlərindən 1158 yaxma nümunəsi, 23 soyuq qəlyanaltı nümunəsi götürülüb, 23 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.
Dekabr ayı ərzində əhali arasında 64 qida zəhərlənməsi hadisəsi baş verib, 113 nəfər zərərçəkən olub. O cümlədən 9 botulizm hadisəsi baş verib və bu səbəbdən 17 nəfər zərərçəkib.
banner

Oxşar Xəbərlər