• şənbə, 20 Aprel, 18:13
  • Baku Bakı 24°C

Sadıqovla Prosineçkinin mövqeyi üst-üstə düşmədi

24.10.17 11:15 2069
Sadıqovla Prosineçkinin mövqeyi üst-üstə düşmədi
FİFA 2017-ci ilin ən yaxşılarını seçib.
Kaspi.az xəbər verir ki, səsvermədə azarkeşlərlə yanaşı FİFA-ya üzv olan ölkələrinin milli komandalarının baş məşqçiləri və kapitanları da iştirak ediblər.
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki və kapitan Rəşad Sadıqov da ilin ən yaxşılarını müəyyənləşdirənlər arasında olublar.
Robert Prosineçki ən yaxşı futbolçu seçimində birinci yeri Lionel Messiyə verib. Xorvat mütəxəssis 2-ci yerə Kriştiano Ronaldonu, 3-cü yerə isə həmyerlisi Luka Modriçi layiq görüb.
O, ən yaxşı baş məşqçi kimi Zinəddin Zidanı dəyərləndirib. İkinci yerə Antonio Konteni, üçüncü yerə isə Leonardo Jardimi layiq bilib.
Rəşad Sadıqov isə ən yaxşı oyunçu seçimində 1-ci yeri Ronaldoya, 2-ci yeri Neymara, 3-cü yeri Messiyə verib. Kapitan baş məşqçi seçimində Zidanı ən yaxşı hesab edib. Alleqrini 2-ci, Konteni 3-cü yerdə qeyd edib.
banner

Oxşar Xəbərlər