• cümə axşamı, 28 mart, 15:57
  • Baku Bakı 16°C

Sadiq Gözəlov və Şərif Əsədullayev təqaüdə göndəriliblər

24.01.17 20:39 1642
Sadiq Gözəlov və Şərif Əsədullayev təqaüdə göndəriliblər
Daxili İşlər Nazirliyinin iki yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib.

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnikRamil Usubovmüvafiq əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.

Bununla bağlı DİN-də tədbir keçirilib. R. Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib.

DİN-in mətbuat xidmətindənAPA-ya S. Gözəlov və Ş. Əsədullayevin təqaüdə göndərildiyini təsdiqləyiblər.

Xatırladaq ki, S. Gözəlov 1995-ci ildən DİN-in mətbuat xidmətinə rəhbərlik edib.
banner

Oxşar Xəbərlər