• cümə, 29 Mart, 09:57
  • Baku Bakı 5°C

Sabunçu yol qovşağının bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq

26.03.21 18:30 907
Sabunçu yol qovşağının bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq

27 mart tarixində hava limanı yolu üzərində yerləşən Sabunçu yol qovşağının Zabrat qəsəbəsi istiqamətində düşən hissəsində təmir işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət AgentliyindənAPA-ya verilən məlumata görə, bu üzdən sözügedən yol ötürücüsü üzərində hərəkət təmir aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşaraq qeyd edilən ərazidə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və müvəqqəti quraşdırılmış yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunub.
banner

Oxşar Xəbərlər