• cümə, 19 Aprel, 13:41
  • Baku Bakı 25°C

Sabiq “Yuve”li “Barsa”nın problemini dedi

18.04.17 13:55 1184
Sabiq “Yuve”li “Barsa”nın problemini dedi
"Yuventus”un sabiq icraçı direktoru Luçano Mocci Çempionlar Liqasının 1/4 finalında "Barselona” ilə keçirilən ilk oyun barədə fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Mocci "Barsa”nın əsas probleminin baş məşqçi ilə bağlı olduğunu deyib. O, Enrikenin mövsümün sonunda gedəcəyini açıqlamasından sonra komandada motivasiya olmadığını vurğulayıb:
"Mən "Yuventus”dan güclü oyun gözləyirdim. "Malaqa” ilə qarşılaşmada "Barselona”da durumun yaxşı olmadığı sezilirdi. Messi də əvvəlki formada deyil.
Əlbəttə, yarımfinala çıxış barədə konkret fikir bildirmək olmaz. Ancaq "Barsa” öz meydanında da səfərdəki kimi oynasa, heç bir şansı olmayacaq.
Bilirsiniz "Barsa”nın əsas problemi nədir? Baş məşqçinin olmamağı. Əgər Enrike mövsümün sonunda gedəcəyini deyibsə, bu elə baş məşqçinin olmamağı deməkdi.
"Barselona”da motivasiya, ideya və güc yoxdur. Bu amil meydanda aşkar hiss olunur”.
"Barselona” ilə "Yuventus” arasında cavab qarşılaşması aprelin 19-da keçiriləcək.
banner

Oxşar Xəbərlər