• cümə, 29 Mart, 11:23
  • Baku Bakı 5°C

Sabiq prezident: “Fiqu satqındır, Peres isə...”

09.06.20 12:15 749
Sabiq prezident: “Fiqu satqındır, Peres isə...”
"Barselona”nın sabiq prezidenti Coan Qaspart Fiqunun "Real”a qalmaqallı keçidi barədə danışıb.
Kaspi.az xəbər verir ki, Qaspart keçidin necə baş verdiyini açıqlayıb. O, Fiqunu satqın adlandırıb, "Real”ın prezidenti Florentino Persi isə çirki iş görməkdə ittiham edib:
"Fiqu satqın idi. Mən "Barsa”nın prezidenti seçilən gecə o, mənə zəng etdi və dedi ki, əlimdə iki bilet var, biri Madridə, digəri isə Barselonaya. Daha sonra əlavə etdi ki, agentim "Real”la müqavilə bağlayıb, onu imzalamasam, 3 milyon avro ödəməliyəm.
Bildirdi ki, afentini pis vəziyyətdə qoymaq istəmir, amma "Barsa” bu pulu ödəsə, "Real”a getməz. Mən ona dedim ki, pul biz ödəyəcəyik. Fiqu isə dedi ki, bank təminatı olan sənədi ona göndərim. Gecə yarısı olduğu üçün bunu edə bilməzdim.
Ona təminat verdim ki, bütün məsuliyyəti üzərimə götürürəm. Amma o, mənim bu təminatımı nəzərə almadı və "Real”a keçdi. Bu, Florentino Peresin çirkli və məkrli hərəkəti idi”.
Qeyd edək ki, Fiqu "Barsa”dan "Real”a 2000-ci ildə keçib.
banner

Oxşar Xəbərlər