• cümə axşamı, 28 mart, 22:34
  • Baku Bakı 13°C

Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun şikayəti təmin edilmədi

09.06.20 09:37 753
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun şikayəti təmin edilmədi
Bakı Apelyasiya Məhkəməsində Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilərək ömürlük həbs cəzasına məhkum edilən Vüqar Əliyevin cəzasının azaldılmamasına dair məhkəmə qərarından verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılaraq qərar elan olunub. Məhkəmənin qərarı ilə V.Əliyevin şikayəti təmin edilməyib.
Xatırladaq ki, V.Əliyev bir müddət əvvəl Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı cəzasının azaldılması üçün Qaradağ rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Məhkəmə onun ərizəsini təmin etməyib.
V.Əliyev Qaradağ rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.
Qeyd edək ki, Əliyev Vüqar İbrahim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 152, 170.3, 177.2.1, 228.4-cü maddələri ilə təqsirli bilinib Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 22 dekabr 2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Xatırladaq ki, Şəmkirin sabiq icra başçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlunun qətlində iki nəfər Vüqar Əliyev və Lamiyə Quliyeva təqsirləndirilərək həbs olunublar.
L.Quliyeva 2015-ci ildə Bakı Apelyasiya Məhkəməsindən azadlığa buraxılıb.
banner

Oxşar Xəbərlər