• cümə axşamı, 25 aprel, 17:28
  • Baku Bakı 23°C

Sabiq həmsədr: “Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır”

16.06.17 13:55 850
Sabiq həmsədr: “Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır”
"Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadi inkişafına və təhlükəsizliyinə əsas maneədir. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bu torpaqlardan çıxmaq və ümumi dil tapmaq lazımdır”.
APA-nın xəbərinə görə, bu sözləri Bakıda səfərdə olan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib. O bildirib ki, artıq 10 ildir münaqişənin həlli ilə bağlı çərçivə sazişi mövcuddur: "Bu, Madrid prinsipləridir və o prinsipləri axıra kimi aparmaq lazımdır. Lakin ABŞ və Rusiya prezidentlərinin şəxsi töhfəsi olmadan bu, mümkün deyil. Mən həmsədr olanda elə bir məqam baş verdi ki, biz irəli gedə bildik. Çünki bizim prezidentCorc Buşvə Rusiya prezidentiDmitri Medvedevbu məsələyə diqqət ayırırdılar və töhfə verirdilər. Həmçinin Rusiya xarici işlər naziriSergey Lavrovçox yaradıcı idi. Bunlar daha yaradıcı düşünmək üçün stimul yaradırdı. İndi isə nəinki Cənubi Qafqazla bağlı, ümumiyyətlə, dünya ilə bağlı siyasət yoxdur”.
banner

Oxşar Xəbərlər