• cümə axşamı, 25 aprel, 13:17
  • Baku Bakı 23°C

Sabahdan Bakı-Qəbələ aviareysi açılır

29.08.13 14:03 1412
Sabahdan Bakı-Qəbələ aviareysi açılır
«Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Qəbələ-Bakı marşrutu ilə müntəzəm uçuşlara başlayır.
«APA-Economics»in AZAL-a istinadən verdiyi məlumata görə, uçuşlara avqustun 30-dan etibarən başlanacaq: «Bakı-Qəbələ-Bakı reysləri hər həftənin V və VII günləri Bakıdan Qəbələyə saat 15:00-da, əks istiqamətdə isə 16:25-də «Embraer-170» tipli təyyarələrlə həyata keçiriləcək».
Bakı-Qəbələ aviareysi üzrə bir istiqamətdə aviabiletin qiyməti 48 manat təşkil edir. Bakıdan Qəbələyə uçuş 35 dəqiqə təşkil edir.
Qeyd edək ki, hazırda Qəbələ aeroportundan Moskvaya uçuşlar həyata keçirilir, sentyabrın 12-dən etibarən isə Sankt-Peterburq şəhərinə birbaşa aviareyslərə başlanacaq.
banner

Oxşar Xəbərlər