• çərşənbə axşamı, 19 mart, 12:15
  • Baku Bakı 8°C

Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq

22.04.21 17:45 1015
Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq
Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun ötən gün sosial şəbəkələrdə yayılmış videogörüntülərdə yol verdiyi qeyri-etik hərəkət cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdur.
Qeyd edək ki, Hüseynbala Mirələmovun bu hərəkətləri təmsil olunduğu siyasi partiya nümayəndələri tərəfindən də şiddətlə qınanıldı. Lakin YAP tərəfindən sabiq Milli Məclis deputatının bu əxlaqa zidd hərəkətinə münasibətdə hansı konkret qərar qəbul ediləcək, bu məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının rəsmi mövqeyi nədən ibarət olacaqdır? Cəmiyyəti maraqlandıran mövzu ilə bağlı YAP-ın Mətbuat Xidmətinin rəhbəri Hüseyn PaşayevAPA-nın müxbirinin sualına cavab olaraq bildirmişdir ki, məsələ partiyanın İdarə Heyətinin aprelin 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilmişdir.
"Məlum videogörüntüdə Hüseynbala Mirələmovun etikadan uzaq hərəkətləri Yeni Azərbaycan Partiyasının hər bir üzvü tərəfindən təəssüf hissi ilə qarşılanmış və şiddətlə qınanılmışdır. Gün ərzində əksər kütləvi informasiya vasitələrində Yeni Azərbaycan Partiyasının ayrı-ayrı nümayəndələrinin məsələ ilə bağlı kəskin mövqeyi dərc olunmuşdur. Hüseynbala Mirələmovun mənəvi-əxlaqi dəyərlərdən uzaq olan bu davranışına qiymət İdarə Heyətinin sabah baş tutacaq iclasında veriləcək”, - deyə H. Paşayev bildirib.
banner

Oxşar Xəbərlər