• cümə, 19 Aprel, 21:00
  • Baku Bakı 24°C

"SABAH" xaricdə təhsil sərgisi keçiriləcək

01.11.17 13:44 1510
"SABAH" xaricdə təhsil sərgisi keçiriləcək
Noyabrın 23-dəTəhsil NazirliyininSABAH qruplarılayihəsinin təşkilatçılığı ilə "SABAH" xaricdə təhsil sərgisi keçiriləcək. Sərgidə ABŞ, Birləşmiş Krallıq, Almaniya, Fransa, İspaniya və digər ölkələrin universitetləri iştirak edəcək.
Sərgi iştirakçıları bakalavriatura, magistratura, doktorantura, MBA proqramları, yay kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları, həmçinin müxtəlif təqaüd və güzəşt imkanları haqqında məlumat və məsləhət almaq imkanı əldə edəcəklər.
Sərgi çərçivəsində müxtəlif təhsil pillələri, universitetlərə müraciət, uğurlu viza sənədləşməsi mövzularında seminarlar təşkil olunacaq.
"SABAH" xaricdə təhsil sərgisində iştirak etmək istəyənlərwww.sabahsergisi.eventbrite.comsaytından qeydiyyatdan keçə bilərlər.
banner

Oxşar Xəbərlər