• cümə, 19 Aprel, 17:27
  • Baku Bakı 25°C

Sabah Moskvada üçtərəfli görüş keçiriləcək

10.01.21 16:45 560
Sabah Moskvada üçtərəfli görüş keçiriləcək
Sabah Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında danışıqlar aparılacaq.
Kaspi.az-ın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Görüş Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilir. Görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımlar müzakirə olunacaq.
Görüşdə hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş rayonların əhalisinə yardım, blokadanın qaldırılması, iqtisadi-ticari və nəqliyyat əlaqələrinin inkişafı da diqqət mərkəzində olacaq.
Eyni zamanda V. Putinin Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə təkbətək görüşləri nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər