SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə ADU tələbələri ilə görüşüb
Noyabrın 16-də Azərbaycan Dillər Universitetinin
(ADU) SABAH qruplarında təhsil alan tələbələrin SABAH İcra Komitəsinin rəhbəri
Şahin Seyidzadə ilə görüşü olub. SABAH İcra Komitəsinin rəhbəri ADU tələbələri
ilə mütəmadi olaraq görüşlərin keçiriləcəyini və bu görüşlərdə SABAH
qruplarında təhsil alan tələbələri maraqlandıran müxtəlif mövzulara
toxunulacağını qeyd edib: "İlk olaraq SABAH qruplarında xüsusi rəqabətli
oxumağa meylli mühit yaradılıb, eyni zamanda ən yüksək təqaüd sistemi də məhz
bu qruplarda təhsil alan tələbələrə şamil olunur. Bu görüşün təşkil olunmasının əsas məqsədi tələbələrlə
birbaşa ünsiyyət yaratmaq və onların maraq dairəsində olan suallara cavab verməkdir”.
SABAH qruplarının uğurlarından bəhs edən Ş.Seyidzadə tələbələri xaricdə
və ölkəmizdə magistraturaya qəbul qaydaları və yeni layihələr
barədə məlumatlandırıb.
Eyni zamanda, SABAH layihəsində gözlənilən yeniliklər
barədə tələbələrə məlumat verən Ş.Seyidzadə onları maraqlandıran sualları
cavablandırıb.