• cümə, 19 Aprel, 03:05
  • Baku Bakı 18°C

Sabah hava yağmursuz olacaq

03.10.16 13:08 808
Sabah hava yağmursuz olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olanhavaproqnozunu açıqlayıb.Departamentdən "Kaspi"yə bildirilib ki, oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.
Rayonlara gəlincə,havaşəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər