• cümə axşamı, 25 aprel, 03:26
  • Baku Bakı 19°C

Sabah bəzi rayonlara dolu düşəcək

28.05.17 13:21 1089
Sabah bəzi rayonlara dolu düşəcək
Sabah Bakıda və Abşeron yarımadasındahavaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 14-16° isti, gündüz 21-26° isti olacağı gözlənilir. Bakıda gecə 14-16° isti, gündüz 23-25° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, martın 29-dahavaşəraitinin əsasən yağmursuz olacağı, səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər