• cümə, 19 Aprel, 09:18
  • Baku Bakı 13°C

Sabah Bakıda 25 dərəcə isti olacaq

19.05.20 15:37 630
Sabah Bakıda 25 dərəcə isti olacaq
Mayın 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16° isti, gündüz 21-26° isti, Bakıda gecə 14-16° isti, gündüz 23-25° isti olacaq, atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət 70-75 %, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək, havanın temperaturu gecə 12-16° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 17-22° isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
banner

Oxşar Xəbərlər