• cümə, 19 Aprel, 22:55
  • Baku Bakı 24°C

Sabah Azərbaycanın bəzi məscidlərində qanvermə aksiyaları keçiriləcək

11.10.16 11:53 1238
Sabah Azərbaycanın bəzi məscidlərində qanvermə aksiyaları keçiriləcək
"Hər il olduğu kimi, bu il də Məhərrimlik ayının onuncu günü - Aşurada Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçiriləcək.

NazirlikdənAPA-ya verilən xəbərə görə, mərasimlər oktyabrın 12-də Bakı şəhərində ET Hematologiya və Transfuzioloqiya İnstitutunda, Təzəpir, Mirmövsüm ağa, İçərişəhər Cümə, Hacı Soltanəli, Keşlə, Əjdərbəy, Qaraçuxur məscidlərində, Sumqayıt şəhər Cümə məscidində, Gəncə şəhər İmamzadə məscidində, Lənkəran şəhər Böyükbazar məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər Cümə məscidində və Bərdə şəhər Cümə məscidində təşkil olunacaq.

Aksiyalar səhər 9:00-da başlanacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
banner

Oxşar Xəbərlər