• cümə axşamı, 28 mart, 14:15
  • Baku Bakı 16°C

Sabah Azərbaycanda Avropa Çempionatı başlayır

21.09.17 19:47 1340
Sabah Azərbaycanda Avropa Çempionatı başlayır
Sabah Azərbaycan və Gürcüstanda qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, sayca 30-cu – yubiley yarışı 10 gün davam edəcək.

Qitənin 16 ən güclü voleybol komandası 2 ölkənin 3 şəhərində mübarizə aparacaq. Qrup mərhələsində 4 "dördlüy”ə bölünən yığmalar mükafatlar uğrunda mübarizəyə start verəcək.

Bu qruplardan biri Gürcüstan, biri Göygöl və ikisi Bakıda bir araya gələcək. Meydan sahibi kimi, birbaşa yarışa qatılan Azərbaycan yığması da paytaxtımızda çıxış edəcək. Faiq Qarayevin yetirmələri A qrupunda Polşa, Macarıstan və Almaniya ilə üz-üzə gələcəklər.
banner

Oxşar Xəbərlər