• cümə, 26 Aprel, 01:44
  • Baku Bakı 16°C

Sabah arabir yağış yağacaq

15.06.17 14:20 1031
Sabah arabir yağış yağacaq
İyunun 16-da Bakıda və Abşeron yarımadasında buludluhavaşəraiti üstünlük təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 16-19 dərəcə isti, gündüz 23-28 dərəcə isti, Bakıda gecə 17-19 dərəcə isti, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər