• şənbə, 20 Aprel, 14:41
  • Baku Bakı 23°C

Saatlılı kümçü: Bəslədiyim ipəkqurdularından 4 min 500 manatdan çox gəlir götürəcəyəm

28.05.17 12:00 1084
Saatlılı kümçü: Bəslədiyim ipəkqurdularından 4 min 500 manatdan çox gəlir götürəcəyəm
Bu il Saatlıda ilk dəfə ipəkqurdu bəslənilməsinə başlanılıb. Dövlət başçısının ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Saatlıda da müvəffəqiyyətlə icra olunur. Baramaçılığın inkişafında əsas amil olan yem bazasının möhkəmləndirilməsi məqsədilə ötən ilin payızında Çindən gətirilən 55 min və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yetişdirilən 5 min tut tingi rayonun ayrı-ayrı yaşayış məntəqələrində əkilib və digər zəruri tədbirlər həyata keçirilir.
Rayon kənd təsərrüfatı idarəsi rəisi vəzifəsini müvəqqəti icra edən Ağa ƏsədovAZƏRTAC-a bildirib ki, bu il rayonda ilk dəfə olaraq 1 ton barama istehsalı nəzərdə tutulub. Bunun üçün ötən ayın axırlarında 20 qutu (380 qram) ipəkqurdu toxumu gətirilərək Saatlı şəhər, Azadkənd və Əliabad kəndlərində kümçülərə paylanılıb.
Azadkənd kənd sakini Bəhrəm Mehdiyev bu mövsüm ilk dəfə olaraq 9 qutu ipəkqurdu bəsləyir. Kümçü deyib ki, bu sahə rayonda yeni olduğundan, digərləri kimi o da işə tərəddüdlə başlayıb. "İlk vaxtlar çətinliklərim olsa da, mütəxəssislərdən öyrəndiklərimi tətbiq etməklə işi qaydaya saldım və yaxşı nəticə əldə etdim. Artıq işin son mərhələsindəyik. Yaxın günlərdə barama tədarükünə başlayacağıq. Mütəxəssislərin hesablamalarına görə, bəslədiyim ipəkqurdularından 500 kiloqramdan çox barama əldə olunacaq ki, bunun da mənfəəti 4 min 500 manatdan çoxdur”, - deyə B.Mehdiyev bildirib.
banner

Oxşar Xəbərlər