• cümə axşamı, 28 mart, 21:16
  • Baku Bakı 13°C

Saatlıda taxıl sahələrinin hər hektarından 42,2 setner məhsul götürülür

03.07.17 10:10 841
Saatlıda taxıl sahələrinin hər hektarından 42,2 setner məhsul götürülür
Saatlıda taxılçılq əsas təsərrüfat sahələrindən biridir. Son illər rayonda bu sahənin inkişafına xüsusi diqqət yetrilir, əkin sahələri genişləndirilir, məhsuldarlıq ilbəil artır.
AZƏRTACxəbər verir ki, aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyindən bəhrələnən saatlılı əkinçilər ötən ilin payızında cari il üçün 20 min 466 hektar sahədə taxıl əkiblər ki, bunun da 2 min 946 hektarını arpa, 17 min 520 hektarını isə buğda sahələri təşkil edir. Ötən il hər hektar taxıl sahəsindən 39,7 setner məhsul götüən fermerlər bu ildə sahələrdə bol məhsul yetişdiriblər. Biçin kompaniyasına mütəşəkkil başlayan əkinçilər qısa müddətdə arpa yığımını başa çatdırıblar.
Rayon kənd təsərrüfat idarəsindənAZƏRTAC-a bildirblər ki, biçin aparılmış 2 min 946 hektar arpa sahəsindən 10 min 222 ton məhsul götürülüb ki, buda ötən ildəkindən 157 ton çoxdur. Hazırda buğda sahələrinin məhsulu yığılır. Biçin aparılmış 8 min 237 hektar sahədən 34 min 555 ton məhsul götürülüb. Buğda sahələrinin məhsuldarlığı orta hesabla 42,2 setnerə çatır.
Rayon üzrə ən yüksək nəticəni isə fermer Mehman Əhmədov əldə edib. Torpaq mülkiyyətçisi əkdiyi 180 hektar taxıl sahəsinin hər hektarından 43,4 setner məhsul götürüb.
Rayonda biçin kompaniyası yaxın günlərdə başa çatdırılacaq.
banner

Oxşar Xəbərlər