Saatlıda çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat ayrılıb
Azərbaycan prezidentiİlham ƏliyevSaatlı rayonunda çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, bu məqsədlə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Saatlı Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.