AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Saakaşvilinin istefası üçün bir milyon imza toplanıb

Saakaşvilinin istefası üçün bir milyon imza toplanıb

Siyasət
09 Yanvar 2013, 10:46 1315
Gürcüstanın qeyri-hökumət təşkilatları prezident Mixail Saakaşvilinin istefası üçün bir milyon imza toplayıb. Məlumatı yayan “Kommersant” qəzeti (Rusiya) bildirir ki, imzalar kampaniya təşkilatçılarının sərəncamındadır və onların əslinin olub-olmadığı açıqlanmır.

İmza toplayan QHT təmsilçiləri bir neçə gün əvvəl Tbilisidə, prezident iqamətgahının qarşısında mitinq keçirib. Onlar Saakaşvilinin istefası tələbinin yer aldığı memorandumu administrasiya nümayəndəsinə təqdim etməyə cəhd göstəriblər, amma qarşılarına heç kim çıxmayıb.

Saakaşvilinin istefası üçün imza kampaniyası ötən ilin payızında keçirilən parlament seçkisindən sonra başlayıb. Həmin seçki müxalif “Gürcü arzusu” blokunun qələbəsi ilə başa çatıb. İndi hökumətə bu blokun lideri Bidzina İvanişvili rəhbərlik edir.

Gürcüstanda növbəti prezident seçkisi 2013-cü ilin payızında keçirilməlidir. Saakaşvilinin tərəfdarları onun həmin müddətə qədər prezident postunda qalmasını istəyir və dövlət başçısına dəstək üçün imza toplamağa başlayıblar. Bu kampaniya yanvarın sonunda bitəcək.
"Media forum"